Onlayn treydinqin əsaslarına asan bələdçi

Aksiya treydinqi son zamanlar hər kəs üçün əlçatan və asan olub və bu, əsasən onlayn broker şirkətləri sayəsindədir.

Know the Basics

Onlayn broker şirkətlərinin xidmətlərindən öncə, insanlar aksiya brokerinin xidmətlərindən asılı idilər. Onlar investorlar adından alqı-satqını həyata keçirirlər. Amma bu gün, kompyuterləşdirilmiş treydinq xidmətlərindən istifadə etməklə insanlar bu işləri daha rahat şəkildə görə bilərlər.

Əlbəttə, treydinq sizə böyük sərvət qazandıra bilər, amma əgər siz onun alətləri, arxasında dayanan nəzəriyyə, eləcə də iqtisadiyyata təsir edən bazar hesabatları təhlilləri ilə tanış deyilsinizsə, o sizi çətin vəziyyətə də sala bilər.

I. Aksiya Bazarının Əsasları

Başqa bizneslər kimi, aksiya bazarı təchizat və tələb sistemi əsasında fəaliyyət göstərir. Hər hansı aksiyanın qiyməti qalxanda, treyderlər ona sahib olmaq üçün iddialar irəli sürərək bir-birləri ilə yarışırlar. Siz bir aksiya alanda, aksiyasını aldığınız şirkətin dəyərində və potensialında artım və inkişafın olacağına ümid edirsiniz.

Aksiyanı seçəndə, iki əsas yanaşma önəmlidir. Bunlar fundamental təhlil və texniki təhlildir. Fundamental təhlildə treyder biznesin statusunu və mövqeyini təhlil etmək üçün maliyyə hesabatlarından və ictimaiyyətə edilən hesabatlardan asılı olur. Fundamental təhlildə ən vacib alətlər balans hesabları, gəlir bəyannamələri, rüblük, illik qazanclar və hətta şirkətin açıqladığı xəbərlərdir. Digəri isə texniki təhlildir ki, burada treyderlər aksiya qiymətlərinin nə vaxt dəyişdiyini görmək üçün şablonlardan istifadə edirlər. Siz həmçinin bu iki texnikanın qarışığından da istifadə edə bilərsiniz - sağlam əsasları olan şirkət seçin və sonra bazardakı texniki göstəricilərə baxın. Bir qayda olaraq, aksiyaları alıb satmazdan öncə, şirkəti, onun cari liderlərini və rəqibləri ilə yanaşı yaxşı təhlil etməlisiniz.

II. Onlayn Treydinq Prosesi

Onlayn treydinqə başlamazdan öncə, onlayn broker seçməklə başlamalısınız. Onlayn brokerlər sizin treydinq əməliyyatlarınızı icra edirlər və hesabınızdakı pulu və aksiyaları idarə etmək üçün məsuliyyət daşıyırlar. Müxtəlif növ xidmətlər, hesab növləri və treydinq ehtiyaclarınız üçün vacib olan digər vasitələrini təklif edən müxtəlif onlayn broker şirkətləri var.

Brokerinizi seçərkən, aşağıdakılara diqqət etsəniz yaxşıdır:

Risk edərək nə qədər pul yatıra bilərsiniz?

Bəzi şirkətlər var ki, investorlardan hesab açmaları üçün minimum ilkin investisiya tələb edirlər. Siz həmçinin minimum hesab balansına da diqqət yetirməlisiniz, çünki öz müştərilərindən bunun olmasını tələb edən brokerlər də var.

Treydinq əməliyyatlarını hansı tezlikdə etmək istəyirsiniz?

Elə treyderlər var ki, sadəcə bir aksiyaya sahib olmaq və ona bağlı qalmaqdan məmnundurlar. Əgər sizin durumunuz da belədirsə, onlayn brokerinizin hesab fəaliyyətsizliyinə görə ödəniş edib-etmədiyini öyrənməyiniz məsləhətdir. Əksinə, əgər bir neçə treydinq əməliyyatları etmək istəyirsinizsə, siz hər treydinq əməliyyatına görə daha aşağı haqlar tələb edən broker axtara bilərsiniz. Əsas odur ki, o saytdan istifadənin sizə neçəyə başa gələcəyini nəzərə alasınız.

Sizin nə qədər təlimata ehtiyacınız var?

Bu, sizin treydinq təcrübənizin nə qədər olmasından asılıdır. Daha ucuz brokerlər də var, amma onlar araşdırma kimi köməkçi vasitələr və ya brokerin treydinq köməyini təklif etmirlər. Münasib qiymət təklif edən, eyni zamanda bazar təhlili, treydinqlə bağlı məqalələr və lisenziyalı brokerlərdən yardım təklif edən bir broker axtarın.

Sərmayələrinizi necə müxtəlifləşdirmək istəyirsiniz?

Aksiyaları alıb satmaqdan əlavə, siz həmçinin onlayn başqa sərmayələr də edə bilərsiniz. Amma bu sizin onlayn brokerinizin təklif etdiyi xidmətlərdən asılıdır. Sizə opsionlar, birgə fondlar, istiqrazlar və hətta fyuçers ilə treydinq əməliyyatları aparmağa imkan verən şirkətlər var.

III. Treydinq Əməliyyatları

Hesabınızı rəsmi olaraq açdıqdan və ora vəsait yatırdıqdan sonra, siz aksiyaları alıb-satmağa başlaya bilərsiniz. Aksiyanın cari qiymətini təsdiqləmək üçün aksiyanın qiymətini real vaxtda əldə etmək məsləhət görülür. Elə brokerlər var ki, real vaxtda qiyməti bildirir, elə brokerlər də var ki, bazardan bir neçə dəqiqə sonra qyiməti bildirirlər. Əgər bazar sürətlə dəyişirsə, treydinq qiymətinin dəyişə biləcəyinə görə belə gec qiymət bildirişi faydasız olur.

Treydinq zamanı bazar əmri və ya məhdudlaşdırıcı əmr olaraq tanınan fəaliyyətlər var. Bazar əmrində, treydinq əməliyyatınız aksiyanın cari bazar qiyməti əsasında aparılır, məhdudlaşdırıcı əmrdə isə treydinq əməliyyatınız daha yaxşı qiymətdə və ya qoyduğunuz limit əsasında icra olunur. Əgər qiymət bu meyara uyğun gəlməzsə, treydinq əməliyyatınız başlamayacaq.

Digər onlayn brokerlər dayanma əmri, dayanma və məhdudlaşdırma əmri və izləyici dayanma əmri kimi əlavə seçimlər də təklif edirlər.

IV. Başlayanlar üçün Treydinq Məsləhətləri

Onlayn aksiya treydinqi yeni başlayanlar üçün qorxulu ola bilər, amma sizə ağıllı investisiya qərarları qəbul etməkdə kömək edəcək bəzi məsləhətləri təqdim edirik.

  • Yetərincə araşdırma aparmağa vaxt ayıra bilmirsinizsə, onda treydinqə başlamayın.
  • Qiymət artımı zamanı almayın.
  • Qoy qorxu sizə üstün gəlməsin.