Əmtəə fyuçersinin əsasları

Əmtəə qarğıdalı, buğda, düyü, xam neft və qızıl kimi qarşılıqlı mübadilə edilən iqtisadi mallardır.

Hər bir əmtəə məhsullar arasında fərqi minimuma endirmək üçün minimum keyfiyyət tələblərinə cavab verməlidir. Bu, harada istehsal edilməsindən asılı olmayaraq, alıcıların eyni məhsulu əldə etməsini təmin etmək üçün edilir.

What is commodity trading

Əlbəttə, səhmlər üçün tələb çoxdur, amma bu tələb əsasən hökumətlərdən və ya böyük şirkətlərdəndir. Ortabab investorun öz həyətində tonlarla emal edilməmiş xam neft saxlamağa ehtiyacı yoxdur, o zaman nəyə görə əmtəə alıb satmalı?

Bu sualın cavabı əmtəə bazarını daim müşaiyət edən, fyuçers treydinqi ilə bağlıdır; bu, sonrakı tarixdə çatdırılacaq əmtəələri cari qiyməti ilə almaq prosesidir.

Bir çox əmtəə treyderlərinə aldıqları mallar lazım deyil, onlar əmtəənin qiymətinin qalxmasına qədər fyuçers müqaviləsini əllərində saxlayır və sonra müqaviləni satırlar.

Əmtəə fyuçersi alqı-satqısı müasir məfhum kimi görünsə də, bu təcrübə minilliklər öncə başlayıb. Bu alqı-satqıların qeydləri zaman keçdikcə itsə də, Yaponiyada fyuçers alqı-satqısının qeydləri hələ də qalır.

Qədim Yaponiyada əmtəə bazarı, kənd təsərrüfatının inkişafının nəticəsi idi. Düyünün istehsalı onun istehlakını sürətlə üstələdiyindən, ticarətçilər əmtəənin anbarlarda saxlamalı olurdular. Məhsulu anbarda saxladıqları vaxt pul qazanma yolu kimi, ticarətçilər düyünü gələcək bir tarixdə əldə etməyə imkan verən biletlər satmağa başladılar. İstehlakçılar üçün bu, bazarda sabitləşdirici qüvvə idi. O zaman çoxlu münaqişələr baş verirdi və savaşlar fermer təsərrüfatlarına ciddi ziyan vuraraq nəticədə düyünün qiymətinin qalxmasına səbəb olurdu. Sülh zamanı düyü biletləri almaq istehlakçılara ən pis zamanlarda da əsas qidaya çıxış əldə etmək imkanı verirdi.

Vaxt keçdikcə, əmtəə fyuçerslərinin alınıb satılması bütün dünya bazarlarında inkişaf etməyə başladı. ABŞ-da fyuçers müqavilələri əməliyyatları sadələşdirmək üçün hazırlanmışdı. Çünki saxlancdan çatdırmaya qədər olan qısa zaman ərzində tez xarab olan malların qiymətləri dəyişirdi. Öncədən əldə olunan müqavilə sabit qiyməti müəyyən etməklə qiymət dəyişməsi ilə əlaqədar yaranan bütün mürəkkəblikləri aradan qaldırır.



Əmtəə fyuçersinin əsasları

Əmtəə treydinqi hər cür treyderin olduğu çox təbəqəli bazardır. Ümumilikdə əmtəə treyderləri iki fərqli profillərə ayrıla bilərlər:

Hedcerlər

Fermerlər, mədənçilər, istehsalçılar və şirkətlər bu profilə uyğun gəlirlər. Hedcerlər əmtəəni ehtiyaca görə alıb satan treyderlərdir; fermerlər və mədənçilər öz mallarını satmaq, istehsalçılar isə xammal almaq istəyirlər. Onlar hedcerlər (qoruyucular) adlanırlar, çünki onlar forvard müqavilələrindən öz risklərini sığortalamaq üçün istifadə edirlər və daha sadə dildə desək, fyuçers treydinqindən istifadə etməklə öz risklərini azaldırlar. Forvard müqavilələrindən istifadə etməklə, hedcerlər daim dəyişən əmtəə bazarına ümid bəsləmək əvəzinə, əmtəələri müəyyən bir qiymətdə alıb sata bilərlər.

Spekulyatorlar

Qiymət oynaması spekulyatorlar üçün müsbət haldır, çünki bu cür treyderlər əmtəəyə sahib olmaq istəmirlər, əvəzində fyuçers müqavilələrin mənfəət naminə satmaq istəyirlər. Bu o deməkdir ki, spekulyatorlar ciddi qiymət dəyişmələri istəyirlər ki, onların təhlilləri öz bəhrəsini versin. Belə treyderlər qlobal xəbərlərə xüsusi diqqət ayıraraq, hansı əmtəələrin gələcəkdə daha çox tələb əldə edəcəyini təxmin etmək üçün siyası və sosial-iqtisadi məlumatlardan istifadə edirlər.

Əmtəələrin növləri

Əmtəələr əsasən iki növə ayrılırlar:

Bərk əmtəələr

Bunlar mədənçilik və ya qazmaçılıq tələb edən təbii sərvətlərdir: qızıl, gümüş, neft və mis. Bu əmtəələrin uzun rəf ömrü var, yəni onlar uzun müddətə saxlanıla bilərlər. Əksər iqtisadi sektorların bu mallara etibar etməsinə görə bərk əmtəələr həmçinin qlobal iqtisadiyyatın rifahı üçün əsas kimi istifadə oluna bilər. Bərk əmtəələr həm də mədənçilik və qazma əməliyyatlarının daimiliyinə görə nisbətən sabitdirlər.

Yumşaq əmtəələr

Bunlar əsasən kənd təsərrüfatı mallarıdır: buğda, düyü, qəhvə, qarğıdalı, donuz əti və şəkər. Fermer təsərrüfatlarının təbiətinə və onun hava şəraitindən asılı olmasına görə, yumşaq əmtəələr daha volatildirlər. Hava şəraiti keçmişdə ciddi qiymət dəyişmələrinə səbəb olmuşdur və gələcəkdə də belə olacaqdır. Müxtəlif məhsulların həddən artıq istehsal olunması da tez-tez rast gəlinən praktikadır və bu amil təchizat normal səviyyəyə gətirilənə qədər bəzi məhsulların qiymətini aşağı salıb.

Yuxarıdakı kateqoriyalardan əlavə, əmtəələr aktiv siniflərinə bölünə bilərlər. Enerji aktivi təsnifatı çərçivəsində, şəhərlərə və nəqliyyat vasitələrinə enerji təmin edən əmtəələrimiz var: xammal, uran, benzin və təbii qaz.

Kənd təsərrüfatı aktivi kateqoriyasına bu kimi məhsullar və qidalar daxildir: buğda, düyü, yulaf və soya. Əmtəə bazarının kökləri bu aktiv kateqoriyasına gedib çıxır və 100 ildən artıq müddətdə fyuçers alqı-satqısı əsasən kənd təsərrüatı məhsullarına əsaslanıb.

Qiymətli metallar aktivləri kateqoriyasına maliyyə tarixində önəmli rol oynamış, valyutanın çap olunmasını qızıl ehtiyatları ilə məhdudlaşdıran qızıl daxildir. Qızıl bir zamanlar olduğu qədər iqtisadiyyat üçün o qədər də əhəmiyyətli olmasa da, o, indi də bazardakı ən sabit əmtəələrdən biri olaraq qalır.

Mis, polad və alüminiumun da metal olmasına baxmayarq, onlar qızıl, gümüş və platin kimi eyni aktivlər kateqoriyasına şamil olunmurlar. Əsasən tikinti və istehsal üçün istifadə olunan metallar sənaye metallarının aktiv kateqoriyasına aid edilir.

Əmtəə bazarında çox sayda kateqoriyalar var, bu da təəccüblü deyil, çünki insan ehtiyacları və istəkləri sərhədsizdir. Əmtəələrin belə geniş siyahısı olduqda, treyderin öz vaxtını tədqiqata sərf etməsi vacibdir. Hər bir əmtəənin öz şablonu var; hətta eyni aktiv kateqoriyasında olan əmtəələr eyni stimula fərqli cür reaksiya verirlər. Bütün bazarlarda olduğu kimi diqqətli yoxlama və araşdırma treyderin əmtəə bazarında uğurlu olması üçün çox vacibdir.

LBLV-nin çox aktivli MetaTrader 5 müstəvisi ilə, siz aşağı spredlər və marja tələbləri ilə bir çox əmtəə alıb sata bilərsiniz.