İndekslər nədir?

Hansı növ investor olmağınızdan asılı olmayaraq, bütün zamanların ən uğurlu investorlarından məsləhət almaq heç də gec deyil.

Həm böyük həm də kiçik investorlar aşağı dəyərli indeks vəsaitlərini seçməlidirlər.

Uorren Baffet
What are indices

Əlbəttə, əgər indeksin nə olduğunu bilmirsinizsə, Baffetin məsləhətinə əməl etmək qeyri-mümkündür.

Aksiya bazarından kənarda, indeksə kitabın sonunda rast gəlinir və adətən sitatlardan və ya biblioqrafik məlumatlardan ibarət olur. İndeks bir şeyin göstəricisi və ya əlaməti ola bilər. Amma aksiya bazarında isə indeks həm siyahıdır həm də göstərici.

Aksiya bazarında indeks müəyyən bir sahəni təmsil etmək üçün istifadə olunan aksiyalar siyahısıdır. Bu siyahılar elə hazırlanıb ki, təhlilçilər bazardakı mikro-statistik dəyişiklikləri ölçə bilsinlər. Bu statistik dəyişikliklər investorlara məsələlərə daha aydın baxış bucağı verə və bəzi hallarda bazardakı gələcək gedişləri bildirə bilər.

Sadə dildə desək, bazarda vəziyyətin necə olduğunu bilmək üçün təhlilçilər müvafiq publik şirkətlərin indeksini toplayır və sonra onların aksiyalarının orta qiymətini və ya bazar kapitallaşmasının orta dəyərini (averaj) hesablayırlar. Orta dəyərlər investorlar üçün vacibdir çünki onlar "ayı" bazarının ilk xəbərdarlıq siqnallarını təmin edir, eləcə də qarşıdan gələn "öküz" bazarı üçün hazırlaşmaq imkanı verir.

İlk birja indeksini Çarlz Dou yaratmışdır və indi də onun şərəfinə Dou Couns Sənaye Averajı (DJIA) adlanır. 1896-cı ilin may ayının əvvəllərində, bu indeks ABŞ-da ilk 12 açıq səhmdar cəmiyyətinin toplanmasından ibarət idi. Bu gün buraya ABŞ-da 30 ən nüfuzlu şirkət daxildir ki, onlar Şimali Amerika aksiya bazarının təxminən 25%-ni təmsil edirlər.

DJIA-nın statistik məlumatlarına baxdıqda, investor hər bir fərdi Amerika şirkətinə baxmadan ABŞ bazarı barədə ümumi məlumat əldə edir. İndekslərdən məlumatların istifadə olunması vaxta qənaət etmək və bu vaxtdan tədqiqat üçün istifadə etmək imkanı verir.



Birjanın Az Tanınan Bölməsi: İndeks Fondu

Dünyada ən çox tanınan indekslərdən biri Standard & Poor’s 500 (S&P 500) indeksidir və buraya ABŞ-da fəaliyyət göstərən açıq tipli səhmdar cəmiyyətlərin 70%-i daxildir. Bu indeks həmçinin Uorren Baffetin də seçimidir.

"İllər boyunca məndən investisiya məsləhəti barədə soruşublar", - Baffet 2016-cı ildə öz səhmdarlara yazdığı məktubda qeyd edir. "Mən hər zaman tövsiyəm az xərcli S&P 500 indeks fondu olub".

Artıq başa düşdüyünüz kimi, indekslər statistik məlumat daşıyıcılarından daha artığıdır və onlar standart investisiya strategiyalarına alternativ kimi istifadə oluna bilərlər. Alternativ indeks fondları formasında gəlir.

İndeks fondlarının nə olduğunu bilmək üçün, biz gərək ilk öncə indeksin illik qazancına baxaq. S&P 500 indeksinin illik qazancı 10%-dir, bu isə aktiv idarə olunan birgə fondların əksəriyyətindən daha çoxdur.

Bu, S&P 500 ilə məhdudlaşmır, illik qazanclara gəldikdə əksər indekslərin gəlirliliyi təhlilçilər tərəfindən təhlil olunur. İndekslərin birgə fondları geridə qoyması heç də qeyri-adi bir hal deyil. Elm adamları bu hal barədə çoxdan məlumatlıdırlar və onlar bu barədə Səmərəli Bazar Nəzəriyyəsi adlanan nəzəriyyə hazırlayıblar.

Bunu nəzərə alaraq, aydındır ki, indekslər treyderlər üçün nisbətən təhlükəsiz, amma eyni zamanda gəlirli imkan təmin edirlər. Məhz buna görə 1975-ci ildə Con Boql ilk aşağı xərcli birgə fondu yaradaraq xüsusi olaraq seçilmiş şirkətlərə deyil, S&P 500-ü təşkil edən şirkətə sərmayə qoydu.

Boql bu günə qədər davam edən tendensiyanı başlatdı, bununla belə indeks fondları standart investisiya strategiyalarına nisbətən nisbətən qeyri-populyardır. Bunun səbəbi odur ki, indeks fondları passiv şəkildə idarə olunur. Bu o deməkdir ki, bu strategiyada heç bir araşdırma və təhlil yer almır, çünki fond sadəcə olaraq seçilmiş indeksi əks etdirir.

İnsanlar isə öz taleyinin sahibi olmağı istəyirlər. Araşdırmaya əsaslanan qərarlarda güman ki, bir qədər romantiklik də var. Əslində Uorren Baffet öz məsləhətinə özü əməl etmir və Berkshire Hathaway şirkətini öz təhlillərindən istifadə edərək ən yüksək zirvələrə qaldırıb.

Bununla belə, portfelinizə ən azı bir dəfə aşağı xərcli indeks fondu daxil etməmək əldən buraxılmış bir imkan olardı. Əslində aşağı riskli, yüksək mənfəətli investisiya imkanları səhm bazarında çox azdır.



LBLV-nin çox aktivli MetaTrader 5 müstəvisi ilə, siz aşağı spredlər və marja tələbləri ilə bir çox indekslər və Derivativ məhsulları alıb sata bilərsiniz.