Aksiyalar və səhmləri necə almalı

Treydinqdə tez-tez qarşıya çıxan iki termin aksiya və səhmlərdir. Bəzi təhlilçilər bu terminlərdən birini digərinin əvəzinə işlətsələr də, bəzi treyderləri birini digərindən üstün tuta bilərlər.

What is Stock Trading

Belə çaşdırıcı jarqon on illiklərlə davam edən bazar eksklüzivliyinin nəticəsidir. Texnologiya aksiya bazarına olan qapıları açsa da, dil baryeri yeni gələnlərin tam inteqrasiya olmasının qarşısını alır.

Aksiyalar və səhmlər bir-birinin yerinə işlədilə bilsə də, onların bir əsas fərqi var. Aksiya mülkiyyət sertifikatlarına verilən ümumi addır, səhm isə müəyyən bir şirkətin mülkiyyət sertifikatını göstərmək üçün istifadə olunur.

Məsələn: Billinin 200 aksiyası var. Daha dəqiq desək, onun Apple-da 100 səhmi, Microsoft-da 100 səhmi var.

Bunu aydınlaşdırandan sonra, aksiyaya sahib olmağın nə demək olduğunu öyrənmək vaxtıdır. Aksiya almaq üçün iki səbəb var. Birinci səbəb sərmayədir. Sərmayə məqsədilə bir şirkətin səhmlərini almaq o deməkdir ki, siz o şirkətin böyüməsini və uğurlu olmasını arzulayırsınız. Bu, şirkətin inkişaf edəcəyi və böyüyəcəyi ümidi, nəticədə səhmlərinin dəyəri artacağı ümidi ilə şirkətə kapital yatırmaq metodudur.

Sərmayə treyderdən uzun müddət ərzində öz səhmlərinə bağlı qalmağı tələb edir, bu isə hər kəsə uyğun metod deyil. Qısa müddət ərzində qazanc əldə etmək istəyənlər, spekulyativ məqsədlər üçün aksiya alırlar. Adından da göründüyü kimi, spekulyasiya zamanı treyder aksiyanın dəyərinin qalxıb-qalxmayacağı ilə bağlı spekulyasiya edir və öz alışlarını qeyd edilən spekulyasiyaya əsaslandırır. Qiymət qalxanda spekulyator şirkətə ola biləcək təsirdən asılı olmayaraq öz səhmlərini satır.


Səhmdar olmağın bonusları

Səhmlərin mənfəət üçün alınıb satılmasından başqa digər məqsədləri var. Bir şirkətdə səhmə sahib olmaq sizə səhmdar mövqeyini verir və bunun öz bonusları və riskləri var. Səhmdar olmağın bonusları və riskləri aldığınız aksiyanın növündən asılıdır.

Treyderlər aksiyalar barədə danışanda onlar əsasən adi aksiyaları nəzərdə tuturlar, çünki bunlar ən çox alınıb satılan aksiya növüdür. Adi aksiyalara sahib olmaq səhmdarlara idarə heyətinə seçikilərdə səs vermək hüququ, beləliklə şirkətin üzərində nəzarətə malik olmaq imkanı verir.

Səsvermə hüquqlarından əlavə, bəzi adi aksiyalar şirkətin mənfəətinin bir hissəsini səhmdara verir. Sərmayənin qarşılığında götürülən bu gəlir adətən dividend adlanır. Adi aksiyalarda dividend qazancı şirkətin mənfəətindən asılı olaraq dəyişdiyinə görə xüsusilə yüksək göstərici tarixçəsi olmayan şirkətlərin səhminə malik olduqda belə bir aksiya növü çox risklidir.

Adi aksiyaların yüksək dividend qazancları olmasına baxmayaraq, şirkətin müflis olacağı təqdirdə adi səhm sahibləri üstünlük verilənlər sırasında ən aşağıda olmaqdan əziyyət çəkirlər. Müflislik durumunda, adi səhm sahiblərinin sərmayəsini qaytarmazdan qabaq şirkət kreditorlara, istiqraz sahiblərinə, üstünlük verilən səhmdarlara ödəniş edir. Müflis şirkət ilk növbədə çoxlu aktivə malik olmadığından adı səhm sahibləri əliboş qalırlar.

İkinci aksiya növü üstünlük verilən aksiyadır. Bu aksiya növü adətən səsvermə hüququ vermir və onun dividend qazancı adi aksiyalarda olduğundan fərqli olaraq sabitdir. Üstünlük verilən aksiyalar daha az volatildir, yəni onlar daha az gəlirli olmaq riski qarşılığında daha az risk daşıyırlar. Daha əvvəl qeyd edildiyi kimi, şirkətin müflis olacağı və likvidləşdirmə durumunda, üstünlük verilən səhmdarlar öz sərmayəni ilk alanlardandır.



Aksioner olmaq

Aksiya sahibi olmağın üstünlüklərini nəzərə alsaq, bu işə girişmək adama cəlbedici gələ bilər.

Amma, burada nəzərə alınası çoxlu dəyişənlər, eləcə də bir yığın məlumatlar var. Burada oyunun qaydalarının daim dəyişməsi labüddür və bir neçə il qabaq mənfəətli olmuş sektorlar indi zəif performans göstərir; on il bundan öncə fantastika hesab olunan texnologiyalar isə indi bazarın ən üst mövqeyində yer tutur.

Bəzi treyderlər bu sınağı çətinliklə keçsələr də, bu məcburi təcrübə deyil. Brokerlər məhz bu səbəbdən mövcuddurlar və onlar aksiya sahibi olmaq keçidini önəmli şəkildə asanlaşdıra bilərlər. Etibarlı broker tapmaq hər hansı yeni başlayan treyder üçün ağıllı qərardır. Məsuliyyətin hamısını broker şirkətinə yönləndirmək aksiya sahibi kimi sizin gələcəyinizi çətinləşdirə bilər.

İlk yeni alışlarınızı daha asan etmək üçün bəzi tövsiyələri təqdim edirik:

  • Treydinqin incəliklərini öyrəndiyiniz zaman yüksək volatilliyə malik aksiyalardan çəkinin. Kiçik qazanclar da bir qazancdır, qəfil qiyməti qalxmış aksiyanı almamağa peşman olmaq, karyeranız erkən bitirməkdən daha yaxşıdır.
  • Portfelinizi müxtəlifləşdirin. Hətta ən sabit şirkətlər belə, mükəmməl tufan zamanı yuyulub gedirlər. Riski azaltmaq üçün sərmayələrinizi bölüşdürün və hamısını bir şirkətə yatırmaqdansa çox çeşiddə aksiya alın.
  • Əgər sizə kömək edən broker şirkəti varsa, vəziyyəti hərtərəfli araşdırın. Aksiya bazarı cəmiyyətin daim dəyişən ehtiyaclarına uyğunlaşa bilməyən şirkətlərin qəbiristanlığıdır. Ən son xəbərləri izləyin və ayıq-sayıq olun.