Valyuta Treydinqi: Valyuta Treydinqinə Giriş

Dünyada ən böyük bazar olaraq tanınan Valyuta (Xarici Valyuta Mübadiləsi) Treydinqi, valyutaların hər gün alınıb satıldığı, 5 trilyon ABŞ dollarından çox vəsaitin mübadilə edildiyi yerdir.

What is Currency Trading

Çoxlu miqdarda nağd pul vəsaitinə malik olan şəxslər isə, əllərində olan valyutaları müxtəlifləşdirməklə maliyyə risklərini azaltmaq üçün bu bazardan istifadə edə bilərlər. Əvvəllər adi vətəndaşların valyuta mübadiləsi bazarına birbaşa çıxışı yox idi, amma texnologiyanın sürətli inkişafı fəaliyyət sahəsini genişləndirərək, demək olar ki, hər kəsin şəxsi kompyuterlər və smartfonlar vasitəsilə valyuta ticarətində iştirak etməsinə imkan yaradıb.

Necə Treyder olmaq mümkündür

Smartfon treydinq mühitini daha da səmərəli edib. Bunun sayəsində hər kəs istənilən yerdə, instənilən vaxt sadəcə proqramı yükləməklə birjada alıb sata bilər. Bu bazara daxil olmaq möhtəşəm imkan olsa da, bir çox digər sahələr kimi treydinqin də öz riskləri var.

Treyderin tanış olması lazım olan ilk termin volatillikdir. Bu termin müəyyən maliyyə alətinin gələcək dəyəri ilə bağlı qeyri-müəyyənliyin ölçülməsidir.

Volatillik gəlirlərinizin və itkilərinizin nə qədər böyük olacağını müəyyən edir. Mahiyyət etibarı ilə, volatil valyuta qısa müddətdə daha çox dəyər qazana və ya itirə bilər. Az volatilliyə malik valyutalar isə digər tərəfdən, nisbətən daha sabitdirlər və onların qiymətləri sabit şəkildə dəyişir.

Əgər valyuta treydinqinin iki mütənasib anlayışlar olan risk və mükafat ilə əlaqəli olduğunu düşünürsünüzsə, siz tamamilə haqlısınız. Treydinq nə qədər riskli olsa, bir o qədər çox mənfəət qazanmaq şansı var, bununla belə daha böyük itkilərlə üzləşmək şansına da maliksiniz. Ekspert olmaq isə uzun vaxt aparır, ona görə də bacarıq səviyyəsi aşağı olanlar üçün broker şirkəti tutmaq daha müdrik seçimdir.

Əlbəttə, brokerlərin məsləhətləri təlimdə istifadə olunan təkərlər kimidir, onları əbədi olaraq velosipedə bərkitmək olmaz. Özünə inanan hər bir treyder sonunda öz bacarığından istifadə edərək treydinq dünyasında öz sözünü deməlidir. Ona görə də, bütün uğurlu treyderlərin ortaq cəhətləri var: onlar yaxşı məlumatlı, yaxşı oxumuşdurlar, heç vaxt acgözlük etmirlər və maliyyə dünyası ilə bağlı daim son xəbərləri izləyirlər

Treydinqin incəlikləri

Broker şirkəti seçdikdən sonra və cihazınıza treydinq müstəvisi yüklədikdən sonra, şirkətinizin xidmətlərindən ən yüksək potensial ilə istifadə etmək vaxtıdır.

Valyuta mübadiləsi bazarı maliyyə bazarlarında ən az volatilliyi olan bazarlardandır. Bunun üstünlüyü nisbətən təhlükəsiz olmasındadır, çatışmazlığı isə aşağı mənfəətliliyindədir. Broker şirkətləri rıçaqdan istifadə etməklə bu problemin çarəsini tapıblar.

Lütfən qarşınıza çıxaracağımız bütün terminlərlə tanış olmağa çalışın. Maliyyə dünyası sadə məfhumlara mürəkkəb adlar verməyi xoşlayır. Rıçaq lingdən istifadə etməklə gücün artırılması ilə bağlı olan, fizikada istifadə olunan bir termindir. Maliyyədə isə rıçaq çox daha bəsitdir. Rıçaq sadəcə olaraq broker şirkətlərinin müştərilərinə daha çox alış imkanı vermək üçün ayırdığı kreditdir. Bu da nəticədə daha yüksək qazanc və itkilər deməkdir.

Amma yadda saxlamaq lazımdır ki, valyuta mübadiləsi bazarında, risk və mükafat birbaşa mütənasibdir. Kreditdən istifadə edərkən rıçaqa görə qazanclarınız artdığı bir vaxtda, itkiləriniz də uğursuzluq zamanı bərabər şəkildə artır.

Kapitalınızda rıçaqdan istifadə etmək üçün brokerinizdən götürməyiniz Marja Treydinqi adlanır. Marjaya investisiya etmək üçün, treyderin öz hesabında minimum məbləğdə pulu olmalıdır. Qazancların və itkilərin marja treydinqində yüksək olmasına görə, bəzən treyderin hesabındakı məbləğ marja treydinqi üçün yetərsiz olur. Belə hallarda, brokerlər Marja Müraciəti verirlər - bu isə əlavə depozit yatırılması tələbidir. Bu ediləndən sonra, treyderin hesabı minimum istismar marjasının tələblərinə cavab verir.

Rəqabətdə öndə olmaq

Valyuta treydinqi məsuliyyətlə qarışıq bir imkandır. Hər bir uğurlu treyderin gölgəsində gəlirsiz hesaba malik bir insan dayanır. Əksər broker şirkətlərinin müasir məlumat şəbəkələrinə malikdirlər və ən son trendlər barədə oxumaq böyük mənfəət ilə ruh düşkünlüyü yaradan itkilər arasında fərqə səbəb ola bilər.

Tədqiqat və texnika ilə dəstəklənməyən treydinq qərarları uğursuzluğa məhkumdurlar. Ona görə də bizə qumarbazlar deyil, treyderlər deyirlər. Təcrübə ən yaxşı müəllim olsa da, o həmçinin ən qəddar müəllimdir. Bununla yanaşı təcrübəli şəxslərin təcrübəsindən öyrənmək və düşə biləcəyiniz dəliklərə düşməmək daha ağıllı qərardır. Məhz burada broker şirkətin əhəmiyyəti görünür.

Əgər siz, valyuta mübadiləsi sürətli kursuna gəlib çatmısınızsa, bu sahəyə aid işin həcmi sizə qorxulu görünə bilər, amma belə bir imkan hər zaman məsuliyyət ilə dəstəklənir.

Valyuta mübadiləsi bir gecədə qazanılan uğur deyil; bu, oraya aparan çətin yoldur.